Bakıda sərnişin avtobusu ağaca belə çırpıldı – FOTOLAR

Bakıda sərnişin avtobusu ağaca belə çırpıldı –  FOTOLAR
Bütün Xəbərlər
12:15 18.05.2014
2586

Bakının Binəqədi rayonu, Dərnəgül qəsəbəsində yerləşən “Elit” ticarət mərkəzinin yanında 194 nömrəli avtobus qəzaya düşüb.

AZXEBER.COM-un hadisə yerində olan müxbirinin sözlərinə görə, qəzaya səbəb avtobus sürücüsünün “Mercedes” markalı avtomobilin sol hərəkət istiqamətindən ötmək istəməsi olub. Ötmə əməliyyatını yerinə yetirə bilməyən 194 nömrəli avtobusun sürücüsü, avtobusu yolun kənarındakı ağaca çırpıb.

Hadisə nəticəsində avtobusun sürücüsü yüngül xəsarətlər alıb.

OXŞAR XƏBƏRLƏR