Avqustun 23-də Bakının Sabunçu rayonu ərazisində yanğın hadisəsi baş verib.
AZXEBER.COM Sabunçu rayon Yanğın Xidmətinə istinadən xəbər verir ki, Sabunçu rayon İcra Hakimiyyəti binasının qarşısında sərnişin avtobusu yanıb. Hadisə yerinə iki yanğınsöndürən briqada gəlib və onlar yanğını söndürməyə müvəffəq olublar. Digər nəqliyyat vasitələri yanğından mühafizə olunub.












