Bakıda sərnişin avtobusu “Pajero” ilə toqquşdu: yaralılar var

Bakıda sərnişin avtobusu “Pajero” ilə toqquşdu: yaralılar var
SOSİAL
14:40 15.01.2017
948
Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası baş verib.
 
Xəqani küçəsi ilə Rəşid Behbudov küçəsinin kəsişməsində (Axundov kitabxanasının qarşısı) "Xaliq Faiqoğlu” şirkətinə məxsus 61 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu ilə "Mitsubishi Pajero” toqquşub. Nəticədə idarəetmədən çıxan minik avtomobili yolun kənarında dayanmış digər 3 avtomobilə çırpılıb. Avtobus və 4 avtomobil əzilib.

Hadisə nəticəsində 2 nəfər yüngül xəsarət alıb.  
 
///Lent.az
 
OXŞAR XƏBƏRLƏR