“Daewoo” markalı avtobus paytaxtın Atatürk prospektində tapılıb
Bakıda sərnişin avtobusunu qaçıran şəxsi polis tutub. Qaçırılan “Qafqaz” sərnişindaşıma şirkətinə məxsus “Daewoo” markalı avtobuspaytaxtınAtatürkprospektində tapılıb. Həmin avtobusu Bakı şəhər sakiniVüsal Bədirzadəidarə edirmiş. Polis həmin şəxsi də saxlayıb. Qeyd edək ki, əməliyyat Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi və Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşları tərəfindən birgə keçirilib. (milli.az)