Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralanan var

Bakıda sərnişin avtobusu qəzaya uğradı: ölən və yaralanan var
SOSİAL
10:22 19.09.2016
9247

Bakıda sərnişin avtobusu ağır yol qəzası törədib.

AZXEBER.COM xəbər verir ki, Sabunçu rayonu ərazisində Bakıxanov körpüsünün üstündə "VAZ 2107" markalı, 90 NF 424 dövlət qeydiyyat nişanlı minik avtobusu ilə "Daewoo" markalı 10 TF 478 nömrə nişanlı sərnişin avtobusu toqquşub.

Nəticədə ağır xəsarət almış şəxslərdən 57 yaşlı kişi ölüb. Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

///Lent.az

OXŞAR XƏBƏRLƏR