Bu gün saat 11:20 radələrində Bakının Səbael rayonu ərazisində sərnişin avtobusu ağır qəzaya uğrayıb.
Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən əmlumata görə, Muxtarov küçəsi ərazisində, Bibiheybət yolunda 206 saylı avtobusla “Prado” markalı minik maşını toqquşub. İlkin məlumata görə, qəzada 10-a yaxın insan ağır yaralanıb.
Hadisə yerinə təcili yardım həkimləri, polis əməkdaşları və xilasedicilər cəlb olunub.