Bu gün Bakıda 202 saylı sərnişin avtobusunuda biabırçı hadisə baş verib.
AZXEBER.COM-a məlumat verən hadisə şahidlərinin sözlərinə görə, hadisə səhər saatlarında baş verib. Belə ki, sərnişinlərdən biri qısa ətəkli don geyinən xanıma avtobusdakı basabasdan istifadə edərək təcavüz etməyə başlayıb. Sərnişinlərin sözlərinə görə, seksual hərəkətlərdən cana doyan xanım əl çantası ilə kişini vurmağa başlayıb. Bundan sonra avtobusda olan digər sərnişinlər də hadisəyə müdaxilə ediblər.
Onlar təcavüz edən şəxsi maşurutdan aşağı düşürərək onu döyməyə başlayıblar.
Hadisə yerinə polis əməkdaşları çağrılmayıb.
Bakıda ictimiayi nəqliyyatlarda bu cür hadisələr çoxalmağa başlayıb. Bir müddət bundan öncə də 135 saylı sərnişin avtobusunda anoloji hadisə yaşanmışdı. Həmin hadisə də də kimliyi bəlli olmayan kişi qadına təcavüz etmişdi.