Bakıda sərnişin avtobusundan ölüm saçan sürət - VIDEO

Bakıda sərnişin avtobusundan ölüm saçan sürət -  VIDEO
Bütün Xəbərlər
12:12 13.12.2013
1809
Bakı şəhərində sərnişin avtobusunun sürücüsü özünü Formula-1 pilotu zənn edib. İçərisi sərnişinlə dolu olan avtobusun günün pik saatında yığdığı sürət yoldakı digər sürücülərin də diqqətini cəlb edib.Şahinadlı sürücünün verdiyi məlumata görə, dekabrın 11-də axşam saatlarında aeroport yolunda Mərdəkan istiqamətində hərəkətdə olarkən 100 saylı marşrut avtobusunun sürəti onu şoka salıb. Sərnişinləri təhlükəyə atan avtobus sürücüsü o qədər yüksək sürətlə hərəkət edirmiş ki, telefonla həmin anı videoya çəkib. Eyni zamanda çəkiliş aparan vaxt avtobusun sürətini müəyyən etmək qərarına gəlib. Avtomobili ilə həmin avtobusu təqib edən sürücü saatda 120 kilometr getsə də, 100 saylı avtobusa yetişə bilməyib. Hətta həmin yolda maksimum sürətin 120 km/saat olmasına baxmayaraq, həmin avtobusa saatda 140 kilometr gedəndə çata bilib.Sürücü çəkdiyi videogörüntünü də göndərib.Həmin videonu Bakı Sərnişin Nəqliyyat Departamentinə göndərib münasibət öyrənmək istəsək də, nəticə olmadı. Yol Polisi, Nəqliyyat Nazirliyi və Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mövqeyini bilmək maraqlı olardı.(Milli.az)
OXŞAR XƏBƏRLƏR