Bakı şəhər sakini hərəkətdə olan marşrut avtobusundan yıxılaraq xəsarət alıb.AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 12-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib.Bakı şəhər sakini Eldar Sultanov 25 saylı xətlə hərəkət edən “Daewoo” markalı avtobusdan yıxılıb. E.Sultanov xəstəxanaya yerləşdirilib.