Yanğın Bakı-Qazax sərnişin qatarında baş verib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Bakının Nəsimi rayonunda "Azərbaycan Dəmir Yoları" QSC-yə məxsus depoda baş verib.
Depoda dayanmış Bakı-Qazax sərnişin qatarının ümumi sahəsi 60 kv.m olan vaqonunun yanar konstruksiyaları 10 kv.m sahədə yanıb.
Vaqonun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.