Bakıda sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər

Bakıda sərnişinlər qadını təhqir edən avtobus sürücüsünü döydülər
Bütün Xəbərlər
14:15 13.05.2014
2923

Bakıda qadını təhqir edən avtobus sürücüsü sərnişinlər tərəfindən döyülüb.

AZXEBER.COM 1news.az-a istinadən verdiyi məlumata görə, insident 33 saylı avtobusun sürücüsü ilə sərnişinlər arasında baş verib. Bildirilir ki, sürücü avtobusu həddindən artıq bərk sürüb, qəfil əyləci basıb, yolda manevrlər edib. Sərnişinlərdən biri sürücüyə avtobusu asta sürməyə, qaydaları pozmamağa çağırıb. Sürücü isə qadına “ürəyim necə istəyir, elə sürürəm” deyincə, avtobusdakı digər sərnişinlərin də səbri daşıb və dava başlayıb.

Mübahisə polis əməkdaşının müdaxiləsi ilə bitib. Qəzəbi soyumamış sərnişinlər sürücünün kobudluq etdiyi qadından üzr istəməyini tələb ediblər.

Qeyd edək ki, sərnişinlərlə avtobus sürücüsü arasında baş verən ilk insident deyil. Daha əvvəl də avtobuslarda bu cür hadisə olub.

OXŞAR XƏBƏRLƏR