Bakıda sərnişinlərin həyatı ilə oynayan gənclər

Bakıda sərnişinlərin həyatı ilə oynayan gənclər
Bütün Xəbərlər
16:18 30.09.2015
1702
Bakıda hər gün özlərini təhlükəyə atan sərnişinlərin şikayətinə baxan yoxdur.
57 saylı marşrut xətti ilə hərəkət edən avtobus sürücülərindən şikayət var.
Şikayəti olduğu kimi təqdim edirik:
"Şikayətimiz 57 saylı sərnişin avtobusundandır. Bu xətt ilə fəaliyyət göstərən marşrutlar bərbad haldadırlar. Avtobusların oturacaqları sınıq vəziyyətdə, sürücülərin əksəriyyəti isə, kateqoriyasız cavan uşaqlardırlar, hansılar ki çox vaxtlar digər avtobuslarla yarışa çıxıb qəza şəraiti yaradırlar.
Sözügedən marşrut barədə nə qədər şikayət etsək də, məsələyə heç kəs baxmır. Çəkdiyimiz fotolarda da aydın görsənir ki, 57 saylı avtobusların qabaq faraları belə yoxdu. Xahiş edirik bu məsələyə əncam çəksinlər aidiyyəti orqanlar".
///milli.az
OXŞAR XƏBƏRLƏR