Bakıda sərxoş atalıq bayram günü dəhşət saçdı

Bakıda sərxoş atalıq bayram günü dəhşət saçdı
Bütün Xəbərlər
11:28 30.07.2014
618
Ötən gecə Bakının Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib.Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, Buzovna qəsəbəsində 33 yaşlı kişi atalığı tərəfindən qətlə yetirilib. Hadisə ailə münaqişəsi zəmnində baş verib.Belə ki, 1969-cu il təvəllüdlü Ağamməd Ağasəlim oğlu Hüseynov oğulluğu 1981-ci il təvəllüdlü Samir Maşallah oğlu Həsənova bir neçə bıçaq zərbəsi vurub. Kişi oğulluğuna əsasən ürək nahiyyəsində zərbələr endirib. Samir Həsənov hadisə yerindəcə keçinib.Qeyd edək ki, öldürülən Samir Həsənov maşın rəngsazı işləyirmiş. O, evdə anasına və 3 qardaşına baxırmış. Evin “ağsaqqal”ı Ağamməd Hüseynov isə heç bir yerdə işləməyib və əyyaşlıqla məşğul olub. Daim spirtli içki içib, həyat yoldaşını döyüb, daima Samir Həsənov və qardaşları ilə də mübahisə edib.Dünən, Ramazan bayramında da Ağamməd Hüseynov evə içkili gəlib. Bundan əsəbləşən Samir Həsənov ondan əziz bayram günü niyə içdiyini soruşub. Daha sonra onların arasında mübahisə düşüb.Özünü təhqir olunmuş sayan Ağamməd Hüseynov oğulluğunu həyətə çağırıb. Qəflətən həyətə çıxan Samir Həsənova bir neçə bıçaq zərbəsi vurub.Oğulluğunu öldürən Ağamməd Hüseynov hadisə yerindən qaçıb. Polisin keçirdiyi əməliyyat zamanı Ağamməd Hüseynov qonşunun zirzəmisində gizlənərkən yaxalanıb.
OXŞAR XƏBƏRLƏR