Yanvarın 25-də saat 23 radələrində Dənizkənarı Milli Parkın ərazisində Qobustan rayon sakini Ü.Nəsirov sərxoş vəziyyətdə dənizə düşüb.
Bu barədə AZXEBER.COM-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən o xilas edilərək xəstəxanaya yerləşdirilib.
Hazırda Ü.Nəsirovun vəziyyəti qənaətbəxşdir.