Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı

Bakıda səs-küy salan qonşusunun torpağını 5 milyona satın aldı
MAQAZİN
23:46 10.06.2026
282
Xalq artisti Emin Ağalarov jurnalist Kseniya Sobçaka verdiyi son müsahibəsində Azərbaycanda yeni torpaq sahəsi aldığını bildirib. 

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, müsahibəsində E. Ağalarov ərazini 3 milyon dollara (təxminən 5.1 milyon manat) aldığını bildirib.

O əlavə edib ki, yeni torpaq sahəsi almağına əsas səbəb qonşuluqdan gələn dözülməz səs-küy olub:

"O, "Sea Breeze” ərazisindəki qonşum idi. Onun orada tikintisi yarımçıq qalmış bir evi var idi və o, bura təxminən 20-yə yaxın it yığmışdı. İtlərin hamısı dayanmadan hürürdü. Mənim isə bura qonaqlarım gəlir, festivallar təşkil edirik, restoranlar fəaliyyət göstərir. Bu səs-küy məni çox qıcıqlandırırdı. Aramızda düz 8 il davam edən torpaq hərracı başladı. Sonda mən həmin 30 sot torpaq üçün qonşuma 3 milyon dollar ödədim. Bu, mənə Moskva ətrafındakı elit "Barvixa” qəsəbəsindən də baha başa gəldi”.
OXŞAR XƏBƏRLƏR