Bakıda ‘Səs Ver’ kampaniyasının təqdimat mərasimi keçirildi - VİDEO

GƏNCLİK
16:11 23.09.2013
1662

Prezident seçkilərində gənclərin seçki prosesinə cəlb olunması məqsədilə başlanan “Səs Ver” kampaniyasının təqdimat mərasimi olub.

AZXEBER.COM-un məlumatına görə, kampaniya “İrəli” İctimai Birliyinin təşəbbüsü, Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə həyata keçirilir.Tədbirdə “İrəli” İctimai Birliyinin sədri Rauf Mərdiyev bildirib ki, bu il ümumilikdə 5 milyon nəfər seçici səsvermədə iştirak edəcək.“Onların 2 milyon nəfəri, yəni 40 faizi gənclərdir. Gənclər arasında təxminən 500 min nəfəri ilk dəfə prezident seçkilərində səs verəcək ki, bu da ümumi seçicilərin 10 faizini təşkil edir”.“İrəli” sədri onu da deyib ki, “Səs Ver” kampaniyasının məqsədi qarşıdan gələn seçkilərdə səsvermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, bütün ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir.Mərkəzi Seçki Komissiyası (MSK) katibliyin müdiri Rövzət Qasımov seçkinin cəmiyyətin inkişafındakı rolundan danışıb və bu prosesdə gənclərin iştirakının vacibliyini vurğulayıb.O, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində gənclərin fəallıq nümayiş etdirəcəyinə ümidvar olduğunu da qeyd edib.Mərasimdə kampaniya çərçivəsində hazırlanan saytın və gəncləri seçkilərdə fəal olmağa səsləyən “Səs Ver” mahnısının da təqdimatı keçirilib.

OXŞAR XƏBƏRLƏR