Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi

Bakıda sevgilisinin başını kəsən kişi həbsdə insult keçirdi
KRİMİNAL
08:50 06.11.2026
145
Bakıda sevgilisinin başını kəsən 61 yaşlı məhbus həbsdə insult keçirib.

AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında cəzaçəkmə müəssisələrindən birində baş verib.

1965-ci il təvəllüdlü Azər Şirməmməd oğlu Ağayev cəzaçəkmə müəssisəsində qəfil huşunu itirərək yıxılıb. O, təcili müalicə müəssisəsinə çatdırılıb, vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, A.Ağayev 2016-cı ildə Bakıda qeyri-rəsmi münasibətdə olduğu, Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü İlhamə Talıbovanı xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il azadlıqdan məhrum edilib.
OXŞAR XƏBƏRLƏR