Bakıda sex partladı

Bakıda sex partladı
Bütün Xəbərlər
14:34 21.10.2014
1496

Ağır yaralanan var.

Bu gün saat 12.00 radələrində Bakının Suraxanı rayonu ərazisində güclü partlayış olub.AZXEBER.COM-un ANS Press-ə istinadən verdiyi xəbərə görə, hadisə Yeni Suraxanı qəsəbəsi Malik Mustafayev 5 ünvanında yerləşən şirniyyat sexində qeydə alınıb.

Hadisə nəticəsində sexin işçisi 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Həsənov ağır yaralanıb. Onu xəstəxanaya yerləşdiriblər.

İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR