Bakıda şeytan polisi yoldan çıxardı

Bakıda şeytan polisi yoldan çıxardı
Bütün Xəbərlər
16:51 17.11.2014
3970
Talıbov qadınla əlbəyaxaya çıxıb.
Bakıda polis vətəndaşı yaralayıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, Səbuhi Talıbov Nərimanov Rayon Polis İdarəsinə şikayət edib ki, 18-ci polis bölməsinin sahə müvəkkili Fuad Sultanovla mübahisə edib.
Sahə müvəkkili S.Talıbovu itələyib və o yıxılaraq xəsarət alıb.
Adı vətəndaşa xəsarət yetirməkdə hallandırılan sahə müvəkkili, polis leytenantı Fuad Sultanov sayta bildirib ki, nəzarətində olan sahədə yaşayan Səbuhi Talıbovla aralarında anlaşılmazlıq olub. Sahə inspektorunun sözlərinə görə, S.Talıbov "Yaşıl bazar"da bir qadınla mübahisə edib və əlbəyaxaya çıxıblar. Onları aralayan zaman necə oldusa, Səbuhini itələdim və yeşiklərin üzərinə yıxıldı. Hadisənin səhəri günü idarəyə gəlib şikayət etdi ki, xəsarət alıb.
F.Sultanov əlavə etdi ki, narahatlığa əsas yoxdu, artıq hər şey qaydasındadır: "Barışıq olub. Allah şeytana lənət eləsin".
OXŞAR XƏBƏRLƏR