Bakıda silah satan şəxs yaxalandı

Bakıda silah satan şəxs yaxalandı
Bütün Xəbərlər
00:53 28.10.2011
1775

Bakıda silah satan şəxs yaxalanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu ərazisində Bakı şəhər sakini Elçin Məmmədhəsənov 1 ədəd nömrəsi silinmiş “Makarov” tipli tapançanı, 1 ədəd güllə darağını və 2 ədəd gülləni satarkən tutulub. O, silah və sursatı 1000 dollara satarkən yaxalanıb. Qeyd edək ki, Elçin Məmmədhəsənov əvvəllər də eyni cinayətə görə məhkum olunub.

OXŞAR XƏBƏRLƏR