Bakıda şirkət xəzinədarına hücum oldu, 20000 manat aparıldı

Bakıda şirkət xəzinədarına hücum oldu, 20000 manat aparıldı
Bütün Xəbərlər
11:30 06.01.2012
1585
Bakının Nərimanov rayonunda şirkət xəzinədarına qarşı müdhiş soyğunçuluq olub.Rayon Polis İdarəsindən verilən məlumata görə, "Electronics Arts" şirkətinin xəzinədarının külli miqdarda pulu əlindən alınıb.Şirkətin direktoru Bahəddin Qarakidəyev yanvarın 5-də Nərimanov rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, naməlum şəxslər Fətəli xan Xoyski 113 ünvanında şirkətin xəzinədarı Mərdan Xankişiyevə hücum edərək içində 20000 manat pul olan bağlamanı onun əlindən alaraq qaçıblar.Cinayəti törətməkdə şübhəli bilinən şəxs artıq müəyyən edilib. İstintaq sirri olduğundan onun adı açıqlanmır.
OXŞAR XƏBƏRLƏR