Bakıda şirkətə basqın: külli miqdarda pul oğurlandı

Bakıda şirkətə basqın: külli miqdarda pul oğurlandı
Bütün Xəbərlər
18:00 30.03.2015
1907
Əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bakıda ofisdən külli miqdarda pul aparılıb.
AZXEBER.COM  xəbər verir ki, Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, Kənar Dairəvi yol 116 ünvanında – “Ramse” MMC-nin ofisində baş verib.
Naməlum şəxs və ya şəxslər ofisin pəncərəsini qıraraq otaqlara daxil olublar.
Otaqlardan birində yerləşdirilmiş seyfdən ümumilikdə 68 min 500 manat pulu götürən şəxslər aradan çıxıblar.
Hazırda fakt üzrə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR