Bakıda sıxlıq olan yollar - SİYAHI

Bakıda sıxlıq olan yollar - SİYAHI
SOSİAL
09:12 30.09.2022
173
Paytaxtda sıxlıq olan küçə və prospektlər açıqlanıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən AZXEBER.COM-a  verilən məlumata görə, sıxlıq olan yollar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

2. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən 20 Yanvar m/st istiqamətində;

4. Həsən bəy Zərdabi küçəsi, 20 Yanvar m/st istiqamətində;

5. Bakı-Sumqayıt şosesi, 20 Yanvar m/st istiqamətində;

6. Binəqədi şosesi, Azadlıq prospekti m/st istiqamətində;

7. Tbilisi prospekti, 20 Yanvar m/st-dan mərkəz istiqamətində;

8. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;


9. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

10. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

11. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından Azneft dairəsi istiqamətində;

12. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

13. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

14. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

15. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində;

16. Babək prospekti, mərkəz istiqamətində;

17. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

18. 20 Yanvar dairəsində;

19. Sabunçu-Zabrat şosesi, Koroğlu m/st istiqamətində sıxlıq müşahidə olunur.
OXŞAR XƏBƏRLƏR