Söküntü aparan ekskavator iş vaxtı aşıb, xoşbətlikdən xəsarət alan olmayıb.
AZXEBER.COM ans tv-ə istinadən xəbər verir ki, hadisə Xətai rayonunda baş verib. Belə ki, binanın alt hissəsində yerləşən boşluğu nəzərə almayaraq ekskavatoru üstə çıxarmağa çalışan sürücü onu aşırıb.
27 ton ağırlığında olan texnikanın aşması zamanı ölən və xəsarət alan olmayıb. Ekskavatoru idarə edən sürücü də bu qəzadan canını xəsarətsiz qurtara bilib. Aşan texnikanın ərazidən götürülməsi üçün ilk öncə ekskavatorun düşdüyü çökəklik təmizlənməlidir.