Bakının Nizami rayonunda fəciəvi hadisə baş verib
Musavat.com-un verdiyi məlumata görə, rayonun 8-ci kilometr bazarının arxasında yerləşən 9-mərtəbəli binaların birində çıxan yanğın bir nəfərin ölməsinə səbəb olub.
Belə ki, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.
Sabunçu xəstəxanasından verilən məlumata görə, A.Könül xəstəxanaya gətiriləndə artıq ölmüş vəziyyətdə olub.
Faktla bağlı araşdırma aparılır.
Musavat.com-un reportyoru intihar edən Könül Adıgözəlovanın aparıldığı Sabunçu xəstəxanasında olub və hadisənin təfərrüatlarını öyrənib.
Onun xəstəxanadan əldə etdiyi məlumata görə, evdə baş vermiş yanğına K.Adıgözəlovanın özü səbəb olub. O, qaynanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.
Bundan başqa hadisənin şahidi olan qonşular da evi mərhumun özünün yandırdığını bildiriblər


