Bakıda şok: Oğul atasını öldürdü

Bakıda şok: Oğul atasını öldürdü
Bütün Xəbərlər
12:05 11.04.2012
2909

Bakı şəhər Baş Polis İdarəsi Bakının Nizami raronu baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, N.Abdullayev küçəsində yaşayan İlkin Məmmədov atası Rafiq Məmmədovu ailə münaqişəsi zəminində bıçaqla qətlə yetirib.Nizami RPİ 23-cü PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində İlkin Məmmədov tutulub.

***

 10:06

Bakının Nizami rayonu ərazisində ağır qətl hadisəsi baş verib. Bu barədə APA-ya Nizami rayon Prokurorluğundan bildirilib. Hadisə ötən gecə rayonun Keşlə qəsəbəsi, Nizami Abdullayev küçəsi, ev 4/23 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1986-cı il təvəllüdlü İlkin Məmmədov atası, 1957-ci il təvəllüdlü Rafiq Məmmədovu bıçaqlayaraq öldürüb. Hadisəni törədən İ.Məmmədov saxlanılıb.
OXŞAR XƏBƏRLƏR