Bakıda su kanalında naməlum qadın meyiti tapılıb

Bakıda su kanalında naməlum qadın meyiti tapılıb
Bütün Xəbərlər
17:56 18.09.2013
1251

Bakıda su kanalında naməlum qadın meyiti tapılıb. Suraxanı Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisindəki su kanalında 25-30 yaşlarında naməlum qadın meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında hadisə yerinə əməliyyat qrupu çıxıb. Meyitə baxış keçirilərkən onun üzərində hər-hansı xəsarət və zorakılıq əlamətləri aşkarlanmayıb. İlkin versiyaya görə, qadın kanalda boğularaq dünyasını dəyişib.

Hazırda meyitin şəxsiyyətinin və ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR