Bakıda su niyə qəhətə çıxıb?

Bakıda su niyə qəhətə çıxıb?
Bütün Xəbərlər
16:42 16.07.2015
1631
Bir neçə müddətdir ki, Bakının bəzi rayonlarında içməli suyun verilşi dayandırılıb.
AZXEBER.COM xəbər verir ki, Biləcəri qəsəbəsində bir müddətdir ki, su yoxdur. Eyni vəziyyət Hövsan qəsəbəsində də hökm sürür. Sakinlərin redaksiyamıza müraciətində Nizami rayonunun bəzi ərazilərində suyun fasilələrlə verildiyi vurğulanıb. Hansı ki, həmin ərazilərdə fasiləsiz su təminatı var idi.
"Azərsu"nun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı paytaxtın bəzi ərazilərində yaşanan su problemini Kür-Bakı xəttində baş vermiş qəza ilə izah etdi. O bildirdi ki, bu səbəbdən Bakıya gələn su sərfiyyatı azaldığından müəyyən rayonlarda suyun verilişində fasilələr yaranıb.
A.Cəbrayıllı deyir ki, artıq bəzi rayonlarda problem aradan qaldırılıb: "Bir Suraxanının müəyyən əraziləri qalıb ki, o da yaxın zamanlarda həllini tapacaq. Yəni xəttin bərpası tam başa çatdıqdan sonra paytaxtın su təchizatı əvvəlki formasına qayıdacaq".
OXŞAR XƏBƏRLƏR