Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu

Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
KRİMİNAL
17:48 27.10.2026
190
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub.

AZXEBER.COM xəbər verir ki, paytaxtın Nəsimi, Nərimanov, Yasamal və Binəqədi rayonlarında şirkətlərdən birinə məxsus, müxtəlif ünvanlarda quraşdırılmış su satışı aparatlarının sındırılması və içərisindəki pul vəsaitlərinin oğurlanması barədə polisə məlumatlar daxil olub. Müraciətlərdə aparatların pul qəbuledici hissələrinin zədələnməsi nəticəsində şirkətə əlavə maddi ziyan vurulduğu da bildirilib.

Nəsimi rayonunda polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində su satışı aparatlarını sındıraraq içərisindəki pul vəsaitlərini oğurlayan Xəyal Sultanzadə, əvvəllər məhkum olunmuş Ümid Tağıyev və Zöhrab Şamilzadə müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR