Bakı şəhəri, Nərimanov rayonunda metal tullantılarının arasında 0,5 litrlik plastik qabda şübhəli maddə aşkarlanıb. AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, hadisə yerinə dərhal mütəxəssislər cəlb edilib.