Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, qeydə alınan qəzaların 575-i (52 faizi) avtomobilin yüksək sürətlə idarə olunması səbəbindən baş verib. Həmin qəzalarda 207 nəfər ölüb, 485 nəfər xəsarət alıb.Qeydə alınan ümumi hadisələrin 144-ü (51 ölüm, 205 xəsarət) ötmə, manevr qaydalarını pozma səbəbindən baş verib.Videodakı görüntülər “Təhlükəsiz Şəhər” sisteminin kameraları vasitəsilə qeydə alınıb.