Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu ilin 11 ayında qeydə alınan 2 820 yol nəqliyyat hadisəsinin 39,6 faizi piyadavurmalardır.Həmin qəzalarda 365 piyada həyatını itirib, 842 nəfər isə xəsarət alıb.Hesabat dövründə qeydə alınan yol qəzalarında isə 940 nəfər ölüb, 3037 nəfər isə xəsarət alıb.