Naməlum kişinin meyiti polisə təhvil verilib.
Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Xəzər rayonunda vətəndaşa məxsus “Azsamand” markalı minik avtomobili ilə sahibi məlum olmayan “QAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində hər iki avtomobilinin yanar hissələri yanıb.
Yanğının kəşfiyyatı zamanı “QAZ” markalı minik avtomobilində şəxsiyyəti məlum olmayan yanmış meyit aşkar edilib. Yanğın saat 03:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova APA-ya açıqlamasında bildirib ki, “hadisə bu gecə saat 3-4 radələrində Buzovna qəsəbəsində baş verib. İki maşının toqquşması nəticəsində avtomobillərdən 1-i yanıb və nəticədə tam yanmış naməlum kişi meyiti polisə təhvil verilib. Digər avtomobilin sürücüsü isə xəstəxanaya yerləşdirilib”.