Bakıda sürücü ona atılan şərə dözməyib öldü

Bakıda sürücü ona atılan şərə dözməyib öldü
Bütün Xəbərlər
17:05 14.12.2013
1091
Bakıdan gələn sürücü Biləsuvar rayon polis şöbəsininn qarşısında dünyasını dəyişib. 
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, Bakı-Biləsuvar marşurutu üzrə taksi kimi fəliyyət göstərən Biləsuvar rayon Xırmandallı kənd sakini 1962-ci il təvəllüdlü Kərəm Əhmədağa oğlu Əhmədov Bakıdan gələrkən paytaxtdan göndərilmiş Biləsuvar sakinin fotoaparatını ünvanına gec çatdırdığı üçün telefonda həmin şəxslə mübahisə edib.Sürücünün bu əməlindən əsəbləşən Biləsuvar sakini onu oğurluqda günahlandıraraq məsələ ilə bağlı polisə müraciət edəcəyini və sürücünün də elə məhz birbaşa olaraq polis şöbəsinə gəlməsini tələb edib. Sürücü Əhməd Kərimov deyilən ünvana gəlib və avtomobili Biləsuvar rayon polis şöbəsinin qarşısında saxlayaraq yerə düşdükdən sonra qəfildən yerə yıxılıb. Müayinə zamanı onun öldüyü məlum olub.Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Biləsuvar rayonuna aparlıb. Meyid müayinədən sonra adiyyatı üzrə təhvil verilib. Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR