Bakıda sürücü yol polisini vəhşicəsinə döydü

Bakıda sürücü yol polisini vəhşicəsinə döydü
Bütün Xəbərlər
10:50 02.08.2012
2239
Bakıda yol polisi əməkdaşı sürücü tərəfindən vəhşicəsinə döyülüb. Yasamal Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, avqustun 1-dən 2-nə keçən gecə, saat 00:30 radələrində Mikayıl Müşfiq küçəsində yol polisi əməkdaşı, polis baş inspektoru Ağamalı Murad Kamal oğlu xidmətdə olarkən 90 QO 434 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü, Naxçıvan MR Babək rayon Cəhri kənd sakini Mürsəliyev Sarvan Səfəralı oğlu tərəfindən döyülüb.Məlumata görə, yol polisi əməkdaşı sürücünü yol hərəkəti qaydasını pozduğu üçün saxlayıb və avtomobili cərimə meydançasına apararkən aralarında mübahisə yaranıb.
OXŞAR XƏBƏRLƏR