Bakıda sürücülər arasında dava: 1 nəfər öldü

Bakıda sürücülər arasında dava: 1 nəfər öldü
Bütün Xəbərlər
21:18 19.01.2012
1738
Bakıda dəhşətli qətl törədilib. Bu barədə APA-ya Binəqədi Rayon Polis İdarəsindən bildirilib. Hadisə bu gün axşam saatlarında rayonun 9-cu mikrorayon, 65 saylı xətt avtobusunun sonuncu dayanacağında qeydə alınıb. Minik avtomobilinin sürücüsü, 26 yaşlı Mahir Rzayev marşrut avtobusunun sürücüsü ilə dava edib. Bu zaman ərazidən keçən 43 yaşlı Azər Muradov davaya müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb. Həmin anda M. Rzayev əlindəki bıçağı A. Muradovun ürəyinə sancıb. A. Muradov yerindəcə dünyasını dəyişib. Hadisəni törədən M. Rzayev saxlanılıb.
OXŞAR XƏBƏRLƏR