Bakıda sürücülərə xəbərdarlıq: Bu ərazidə sıxlıq yaranıb

Bakıda sürücülərə xəbərdarlıq: Bu ərazidə sıxlıq yaranıb
SOSİAL
14:25 30.09.2026
162
Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılan asfalt yenilənməsi işləri "Azadlıq prospekti" metro stansiyasının ətrafında nəqliyyatın hərəkətini əhəmiyyətli dərəcədə çətinləşdirib.

AZXEBER.COM xəbər verir ki, səhər saatlarından etibarən ərazidə avtomobillərin sıxlığı müşahidə olunub. Sürücülər əsas yoldakı sıxlıqdan yayınmaq üçün ara küçələrə yönəlsələr də, bu dəfə alternativ istiqamətlərdə də hərəkət intensivliyi artıb.

Yol işlərinin aparılması bəzi sürücülərin narazılığına səbəb olub. Onlar təmirin daha münasib vaxtda həyata keçirilməsinin mümkün olduğunu bildiriblər.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata əsasən, Süleyman Sani Axundov küçəsi paytaxtda yenilənməsi nəzərdə tutulan 110 küçəlik layihəyə daxildir. İndiyədək 80 küçədə işlər başa çatdırılıb.

Qurumun açıqlamasında qeyd olunur ki, küçənin bu hissəsində təmirin iki gün ərzində tamamlanması planlaşdırılır. Hazırda köhnə asfaltın sökülməsi həyata keçirilir. Daha sonra əraziyə yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulur.

İşlər başa çatdıqdan sonra avtomobillərin həmin hissədə hərəkətinin tam bərpa ediləcəyi bildirilib.
OXŞAR XƏBƏRLƏR