Bakıda sürücünü yolda döyənlər həbs edildi

Bakıda sürücünü yolda döyənlər həbs edildi
SOSİAL
21:04 12.03.2025
472
Bakıda sürücünü döyüb, avtomobilə ziyan vuran şəxslər həbs edilib.

Paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxsin xuliqanlıq zəminində "Chevrolet" markalı avtomobilin sürücüsünə xəsarət yetirməsi və əmlaka qəsdən zərər vurması faktı üzrə başlanan cinayət işində təqsirləndirilən şəxslər barədə qərar verilib.

Cinayət əməlində təqsirləndirilən Natiq Mustafakamalov, Vahid Cavadov, Nazim Rəhmanov və Azər Zahidli polis əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR