Bakıda taksi sürücüsü möhkəm döyüldü

DÜNYA
08:52 27.02.2013
1661
Bakıda taksi sürücüsü naməlum şəxslər tərəfindən döyülüb. Məlumata görə, sürücü İlahi Rəhimov taksiyə minmiş xanım müştərinin iki yaxınının hücumuna məruz qalıb. Qeyd edək ki, Binəqədi rayonu ərazisində Rəhimovun taksisinə əyləşən xanım Dərnəgül adlanan ərazidəki Süleyman Sahni Axundov küçəsinə getmək istəyib. Xanım müştərini mənzil başına çatdıran İlahi Rəhimov gözlənilmədən 2 nəfərin hücumuna məruz qalıb.Taksi sürücüsünə hücum edərək onu əzişdirən şəxslər onun avtomobilinə də ziyan vurublar. İlahi Rəhimov müştərisi olan xanımın yol pulunu vermədiyini, həmçinin hücum edən şəxslərdən geri qalmadığını, hətta avtomobilə ziyan vurmaqda xüsusi fəallıq göstərdiyini deyib.

OXŞAR XƏBƏRLƏR