Bakıda taksi sürücüsündən İlham Zəkiyevlə bağlı qeyri-adi hərəkət - FOTOLAR

Bakıda taksi sürücüsündən İlham Zəkiyevlə bağlı qeyri-adi hərəkət -  FOTOLAR
Bütün Xəbərlər
15:10 03.07.2015
5786

Taksi sürücüsü avtomobilinə Avropa Oyunlarının qalibi İlham Zəkiyevin fotosunu vurub.

Bakı küçələrində AZXEBER.COM-un fotokamerasına tuş gələn bu maraqlı hadisə ilə bağlı sürücünün özü ilə söhbət etməyə çalışdıq. Artıq illərdir ki, sürücü kimi çalışan Kamil sözügedən fotonun Avropa Oyunları başlayan ərəfədən avtomobilinə vurduğunu deyib:

“İlham Zəkiyev təkcə idmançı yox, Azərbaycan xalqının sevimlisi, qəhrəmanıdır. Mənim özüm Sumqayıtda yaşayıram və İlham də mənim yerlimdi. Onun Avropa Oyunlarındakı bütün oyunlarını canlı izlədim və sizi inandırım ki, oyunlarda ən az İlham qədər həyəcanlı idim. O bizim qürurümuzdu. Mən də öz növbəmdə bütün vətənpərvər insanlara səslənirəm ki, İlham kimi qardaşlara dəstək olaq".

Sürücü həmçinin onu da deyib ki, bu addımını sərnişinlər və xarici turistlər də böyük maraqla qarşılayıb: "Bildiyiniz kimi, Avropa Oyunları zamanıı ölkəmizdə minlərlə turist var idi və mənim avtomobilimə minən turistlər də şəkillə maraqlanırdılar. Mən onlara dedim ki, İlham təkcə idmançı deyil, həm də Qarabağda torpaqlarımızı qoruyarkən, erməni vandalizmi ilə üzləşib və gözlərini itirib”.

Həmin fotoları təqdim edirik:

OXŞAR XƏBƏRLƏR