Bakıda taksidə uşaq dünyaya gəldi

SOSİAL
21:13 03.09.2020
1206
Bakıda fəaliyyət göstərən taksi şirkətlərindən birinə məxsus avtomobildə uşaq dünyaya gəlib.

AZXEBER.COM "Qafqazinfo"ya istinadən xəbər verir ki, 9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbilə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib. 

Dərhal reaksiya verən sürücü Mehman Rzayev yolunu dəyişərək ananı və yeni doğulmuş övladını ən yaxın xəstəxanaya çatdırıb.

Hazırda körpənin və ananın vəziyyəti yaxşıdır. 

OXŞAR XƏBƏRLƏR

X Mostbet