Bakıda ağır yol qəzası baş verib. Hadisə ötən gecə Buzovna qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini Əzizov Akif Novruz oğlunun idarə etdiyi “Land Cruiser” markalı, 90 TT 094 dövlət nömrə nişanlı avtomobil “ZIL” markalı yük maşını ilə toqquşub. A.Əzizov aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
APA-nın əldə etdiyi məlumata görə, qəza zamanı dünyasını dəyişən A.Əzizov tanınmış hüquqşünasdır. Onun qardaşı Həmid Əzizov isə Salyan Rayon Məhkəməsinin sədridir.