Bakıda tanınmış meyxanaçının avtomobilini əlindən aldılar

Bakıda tanınmış meyxanaçının avtomobilini əlindən aldılar
Bütün Xəbərlər
18:17 23.01.2013
2734
Ötən gecə Bakının Nəsimi rayonu, Tbilisi prospektində müğənni və meyxanaçı xanımın avtomobili Nəqliyyat Nazirliyinin əməkdaşalrı tərəfindən alınıb. Bu barədə “Toylar kraliçası” yarışmasının qalibi, müğənni, eyni zamanda meyxanaçı olan Samirə Yusifqızı özü məlumat verib. Onun sözlərinə görə, gecə saatlarında restoranların birində toyda olub. Onu toydan sürücüsü Ayaz Cəfərov götürüb evlərinə aparacaqmış. Lakin yolda sürücünün avtomobilini əlindən alıblar.“Ayaz Cəfərov idarə etdiyi “Mercedes” markalı 10 XM 086 dövlət nömrə nişanlı avtomobil ilə mənim dalımca gəlib, restoranın qabağında məni gözləyirdi. Bu vaxt kimsə ondan xahiş edib ki, onu yaxınlığa aparsın. Sürücüm cibində pul olmadığı üçün taksiyə minə bilmədiyini deyən həmin şəxsə kömək etmək istəyib. Onu yaxınlığa aparmaq istəyəndə, onun maşınına 3 nəfər minib. Sonradan onun qanunsuz taksi fəaliyyətilə məşğul olduğunu deyərək, maşınını əlindən alıblar. Deyiblər ki, 100 manat ver, maşını qaytaraq. Sürücüm imtina edib, nəticədə maşını aparıblar”, - deyə Samirə Yusifqızı bildirib.Samirə Yusifqızı həmçinin onu da əlavə edib ki, ərazidə olan digər maşınları da Nəqliyyat Nazirliyinin əməkdaşları aparıb. Hazırda avtomobil cərimə meydançasındadır.
OXŞAR XƏBƏRLƏR