Bakıda tanınmış tamada toyda bıçaqlandı

Bakıda tanınmış tamada toyda bıçaqlandı
MAQAZİN
09:58 02.07.2022
1439
Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.

AZXEBER.COM Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə bir neçə saat öncə "Altun” restoranında baş verib.

Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb. O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının verdiyi məlumata görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR