Bakıda tanışını döyərək öldürən şəxsin məhkəməsi başlayır

KRİMİNAL
12:56 03.01.2022
139
Bakıda tanışını döyərək öldürməkdə təqsirləndirilən Həsən Çəndirlinin cinayət üzrə məhkəməsi başlayır.

Cinayət işi yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim İlham Mamhmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasını vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə 2021-ci il sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci təvəllüdlü H.Çəndirli şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı 1994-cü il təvəllüdlü Hüseyn Hüseynova müxtəlif nahiyələrinə yumruqla xəsarətlər yetirib. Zərərçəkmiş almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

H.Çəndirli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 
\report

OXŞAR XƏBƏRLƏR