Bu gün Bakının bir sıra yollarında tıxac müşahidə olunub
Bu gün Bakının bir sıra yollarında tıxac müşahidə olunub. Abbasqulu Abbaszadə küçəsindən Parlament prospektinə gedən yol istiqamətində avtomobil tıxacı yaşanıb.Hətta bu tıxacda təcili yardım maşınının da avtomobillər arasında qalaraq hərəkət edə bilməməsinin şahidi olduq. Kiminsə həyatını xilas etmək üçün tələsən təcili yardım maşınına heç bir avtomobilin yol verməməsi gözümüzdən və kameramızdan da qaçmadı. Tıxac yarım saata yaxın davam edib.