Bakıda təcili yardım maşınını cərimə meydançasına saldılar - FOTO

Bakıda təcili yardım maşınını cərimə meydançasına saldılar - FOTO
Bütün Xəbərlər
13:59 15.10.2015
1221

Adının çəkilməsini istəməyən sürücü avtosfer.az-a müraciət edərək Bakıdakı təcili yardım stansiyalarından birində sürücü işlədiyini, bir neçə gün əvvəl idarə etdiyi təcili yardım avtomobilinin yol polisi tərəfindən cərimə meydançasına salındığını bildirib:«Mən işdə olduğum vaxt çağırış qəbul olundu və biz həkim heyəti ilə birlikdə çağırışa getdik.

Bu zaman mən qaydanı pozaraq təcili tibbi yardım maşını ilə qoşa xətti tapdaladım. Həmin istiqamətdə olan başqa bir maşın gelib mənim maşınımı vurdu. Hadisə yerinə yol polisləri gəldi. Onlar ambulansı və o biri maşını cərimə meydançasına apardılar. Mənə protokol yazdılar ki, çağırışa gedən zaman qəza şəraiti yaratmısan. Mən deyirəm ki, çağırışa gedirəm, maşında adam ölür, nə edim? Deyirlər, qaydanı pozmaq olmaz».

Həmin şəxs bildirir ki, məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə müraciət etsələr də, 10 gündür cavab yoxdur. Sürücü işlədiyi təcili yardım stansiyasının rəhbərindən kömək istəsə də, ona bildirilib ki, "maşını necə cərimə meydançasına saldırmısan, get o cür də çıxart".

Sayt bildirir ki, bu cür halların araşdırılması incəlik tələb edir və hər bir halda təcili yardım avtomobilinin cərimə meydançasına salınması və 10 gündən çoxdur orada saxlanılması normal hal deyil. Elə sürücü də bildirir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və oradan da aldığı cavab belə olub ki, təcili yardım maşının cərimə meydançasına salınması düzgün deyil.

OXŞAR XƏBƏRLƏR