Bakının Binəqədi rayonunda tələbə qan töküb.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, dünən 6-cı mikrorayon ərazisində yerləşən internet-klubda 18 yaşlıEmin Əliyevlə 21 yaşlı Orxan Abidov arasında mübahisə düşüb. Bu zaman Emin cibindəki bıçaqla Orxana xəsarət yetirib.
Azərbaycan Texniki Universitetinin 2-ci kurs tələbəsi olan E.Əliyev Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub.
Onun satıcı işləyən Orxanı hansı səbəbdən bıçaqlaması isə istintaq zamanı müəyyn ediləcək.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.