Bu gün Bakıda bədbəxt hadisə baş verib.
Binəqədi Rayon 7-ci Polis Bölməsindən AZXEBER.COM-a verilən məlumata görə, Xutor adlanan ərazidə, “Yeganə” şadlıq sarayının yaxınlığında, sıra 1, ev 22 ünvanında 1988-ci il təvəllüdlü Ələkbərov Zamir Aydın oğlunun meyiti aşkarlanıb.İlkin müayinədən sonra Z. Ələkbərovun dəm qazından boğulması müəyyənləşib. Faktla əlaqədar rayon prokurorluğu araşdırmalara başlayıb.Qeyd edək ki, ölən şəxs tələbə olub. Faktla bağlı araşdırma aparılır.