Bu gün Bakıda piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, “Xalqlar dostluğu” körpüsünün üstündə naməlum avtomobil 1990-cı il təvəllüdlü Əsgərov Emin Yavər oğlunu vurub. Hadisəni törədən avtomobilin sürücüsü dərhal ərazidən uzaqlaşıb.Şahidlərin köməkliyi ilə universitet tələbəsi olan gənc “Azərsutikinti” xəstəxanasına gətirilib. İlkin müayinədən sonra 21 yaşlı E.Əsgərovun hər iki ayağının sındığı, ağır kəllə-beyin travması aldığı məlum olub.Faktla əlaqədar araşdırma aparılır.